Türkiyə XİN: “Suriyada məktəb və xəstəxanalara endirilən zərbələr hərbi cinayətdir”

Türkiyə XİN: “Suriyada məktəb və xəstəxanalara endirilən zərbələr hərbi cinayətdir”
# 16 fevral 2016 01:32 (UTC +04:00)

Bakı-APA. Türkiyə xarici işlər nazirliyi Suriyada humanitar obyektlərin hücuma məruz qalmasını hərbi cinayət adlandırıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilir.

“Suriyaya Beynəlxalq Dəstək Qrupu fevralın 11-də Münhendə bu ölkədə qarşıdurmanın dayandırılmasına dair qərar verib. Bu qərardan sonra Rusiya tərəfinin hava hücumlarını dayandırmaq əvəzinə, zərbələri daha da artırması, dinc sakinləri, xəstəxanaları, məktəbləri hədəf alması təəssüf doğurur. Bu cür beynəlxalq hüquqa zidd olan hərəkətlər hərbi cinayət kimi qiymətləndirilməlidir”, sənəddə qeyd edilir.

Bəyanatda həmçinin bildirilir ki, Rusiyanın hərəkətləri Suriyada vətəndaş müharibəsini daha da alovlandırır və bölgəni qeyri-sabitliyə sürükləyir: “Hücumlara dərhal son qoyulmasa Rusiya ciddi fəsadlarla üzləşəcək”.

Qeyd edək ki, ötən gün Suriyada məktəb və xəstəxanalara endirilən hava zərbələri nəticəsində 50-yə yaxın dinc sakin həlak olub, 100-ə yaxını yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR