Atatürk Hava Limanını partladan terrorçuların hansı ölkə vətəndaşı olduqları müəyyənləşib

Atatürk Hava Limanını partladan terrorçuların hansı ölkə vətəndaşı olduqları müəyyənləşib
# 30 iyun 2016 12:08 (UTC +04:00)

Bakı-APA. İstanbulun Atatürk Hava Limanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu müəyyənləşib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, terrorçulardan biri Dağıstan sakini olan Rusiya vətəndaşıdır. Digər iki terrorçunun isə Qırğız və Özbəkistan vətəndaşı olduğu məlum olub.

Qeyd edək ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İstanbulda bu gün keçirilən əməliyyat zamanı terror hadisəsi əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR