Bakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən yeniyetmə və gənclər yaxalanıblar

Bakıda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən yeniyetmə və gənclər yaxalanıblar
# 29 oktyabr 2015 08:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon 29-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 28-də Şərifzadə küçəsində Qazax rayon sakini, 1997-ci il təvəllüdlü Elşad Mustafayev , Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Xıdır Eldarov və 2000-ci il təvəllüdlü Firuz Əlimədətov 1998-ci il təvəllüdlü Əjdər Əzizlini bıçaqla hədələyib 500 manat pul tələb etdiklərinə görə yaxalanıblar.

Səbail rayon Cinayət-Axtarış Şöbəsi və 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 21-də İstiqlaliyyət küçəsində Bakı şəhər sakinləri - Fariz Sarıyevə və Erkin Nəcəfova bıçaqla hədə-qorxu gəlib pullarını, F.Sarıyevin qulaqcığını və E.Nəcəfovun mobil telefonunu almaqda şübhəli bilinən 1992-ci il təvəllüdlü Kahin Fərhadlı, 1998-ci il təvəllüdlü Vaqif Zeynalov və Zəngilan rayon sakini, 1996-cı il təvəllüdlü Vüqar Əlizadə tutulublar.

Nərimanov rayon 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 27-də H.Məmmədov küçəsində yaşayan Vüqar İsmayılzadəyə məxsus «Subaru» markalı avtomobildən, şüşəni sındırmaqla içərisində telefon ləvazimatları olan əl çantası oğurlamaqda şübhəli Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Məcidov və Bakı şəhər sakini Natiq Kərimli tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, onlar oktyabrın 14-də M.Sənani küçəsində Namiq Quliyevə məxsus «Mercedes», oktyabrın 20-də O.Əliyev küçəsində Əsli Ağaglovaya məxsus «Nissan», A.M.Cümə küçəsində Aysel Teymurovaya məxsus «Kia-Serato» və oktyabrın 27-də F.X.Xoyski küçəsində Kəmalə Abdurəhimova məxsus «Hyundai-Elantra» markalı avtomobillərdən pul, mobil telefon, sənədlər və digər əşyalar oğurlayıblar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR