Fiziologiya və tibb üzrə ilk mükafatçılarının adları açıqlanıb - VİDEO

Fiziologiya və tibb üzrə ilk mükafatçılarının adları açıqlanıb - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 11:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. İsveçin Stokholm şəhərində “Nobel” mükafatının fiziologiya və tibb üzrə ilk mükafatçılarının adları açıqlanıb. APA-nın məlumatına görə, bu il mükafat iki sahədə araşdırmaya görə müəyyən edilib. İrlandiyalı Vilyam Kampell və yaponiyalı Satoşi Omura askarid parazitlərinin törətdiyi infeksiyaların müalicəsi sahəsindəki araşdırmaya və çinli Yuyu Tu malyariyanın müalicəsi sahəsindəki araşdırmaya görə Nobel mükafatını bölüşüblər.

Qeyd edək ki, oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, oktyabrın 9-da isə sülh üzrə Nobel mükafatının sahibləri müəyyənləşəcək.

İqtisadiyyat üzrə Nobel mükafatı isə oktyabrın 12-də sahibinə təqdim olunacaq.

Komitənin internet səhifəsində bildirilib ki, ədəbiyyat üzrə Nobel mükafatının vaxtı hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR