QMİ “Şəhidlər” məscidinin istifadəyə verilməsi barədə xəbərlərə aydınlıq gətirib

QMİ “Şəhidlər” məscidinin istifadəyə verilməsi barədə xəbərlərə aydınlıq gətirib
# 20 aprel 2016 11:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) “Şəhidlər” məscidinin təmirdən sonra istifadəyə verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsciddə təmir işləri davam edir, ibadət evi hələlik kütləvi tədbirlər, kütləvi ibadət üçün açıq deyil.

"Məscidə axund və imam da bu səbəbdən hələlik təyin olunmayıb. Təmir işləri başa çatıb, məscid kütləvi ibadətə açılandan sonra axund və imam təyinatı da olacaq. Bununla belə, Şəhidlər Xiyabanına gələnlər fərdi şəkildə məscidə gedə və ibadət edə bilər”, - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında “Şəhidlər” məscidinin artıq istifadəyə verildiyi, axund və imam təyinatının olması barədə xəbərlər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR