Dmitri Peskov Suriya məsələsi ilə bağlı Putin-Obama dialoqunu istisna etməyib

Dmitri Peskov Suriya məsələsi ilə bağlı Putin-Obama dialoqunu istisna etməyib
# 15 sentyabr 2015 10:45 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriya məsələsi ilə bağlı Putin-Obama dialoq imkanını istisna etməyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi dialoqun tərəflərin mövqelərinin aydınlaşması və konsensusun tapılması baxımdan vacibliyini önə çəkib.

"Biz hər zaman dialoqun ola biləcəyini istisna etmirik. Lakin dialoqun formatı, bu barədə hər hansı razılığın əldə olunması və ya siqnalın olması barədə danışmaq hələlik mümkünsüzdür", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR