Terror aktı qurbanlarının yad edildiyi mərasimdə Hillari Klintonun halı pisləşib

Terror aktı qurbanlarının yad edildiyi mərasimdə Hillari Klintonun halı pisləşib
# 11 sentyabr 2016 17:27 (UTC +04:00)

Bakı-APA. Bu gün ABŞ prezidentliyinə namizəd Hillari Klinton gözlənilmədən Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının yad edilməsi ilə bağlı rəsmi mərasimi başa çatmamış tərk edib.

APA-nın məlumatına görə, “Fox News” telekanalı özəl mənbəyə istinadən demokratların namizədinin huşunu itirdiyini və buna görə də mikroavtubosla mərasimdən aparıldığı barədə xəbər yayıb.

Şahidlərdən biri mühafizəçilərin H. Klintonun əlindən tutaraq mikroavtobusa əyləşdirildiyini bildirib.

Qeyd edək ki, respublikaçıların prezidentliyə namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, H. Klintonun prezident olmasına fiziki imkanları yetərli deyil. H. Klintonun həkimi Liza Bardak isə bildirmişdi ki, H. Klintonun sağlamlığı qaydasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR