"Fiat Chrysler Automobiles NV" 1,1 mln. avtomobili geri çağırır

"Fiat Chrysler Automobiles NV" 1,1 mln. avtomobili geri çağırır
# 25 aprel 2016 07:36 (UTC +04:00)

Bakı - APA-Economics. "Fiat Chrysler Automobiles NV" 1,1 mln. avtomobili geri çağırır.

"APA-Economics" xəbər verir ki, şirkət rəhbərliyini qərarı ilə geri çağırılan 2012-2014-ci il istehsalı olan "Dodge Charger" və "Chrysler 300", o cümlədən 2014-2015-ci il istehsalı olan "Jeep Grand Cherokee" modelləridir. Geri çağırılan avtomobillərin 811 min 586-sı ABŞ-da, 317 min 616-sı isə ölkə xaricindədir.

Bildirilir ki, belə bir qərarın verilməsinə qeyd edilən modellərin sürət qutularında nasazlığın yaranmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR