Azərbaycanda 12 illik keçidlə bağlı ADPU-da kadr hazırlığı həyata keçirilən ixtisasların ekspertizası aparılacaq

Azərbaycanda 12 illik keçidlə bağlı ADPU-da kadr hazırlığı həyata keçirilən ixtisasların ekspertizası aparılacaq
# 11 iyul 2016 14:39 (UTC +04:00)

rsitetin fəaliyyətinin yenidən qurulması və universitetin planlı şəkildə inkişaf etdirilməsi üçün qarşıda duran strateji hədəflər və həyata keçiriləcək tədbirlər açıqlanıb. ADPU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali məktəbin Elmi Şurasının iclasında rektor Cəfər Cəfərov bildirib ki, keçid dövrü üçün ADPU-nun İslahat Strategiyası formalaşdırılmalıdır. Bu strategiya 5 hissədən ibarət olacağını deyən rector bunlara Tələbələrlə İş/Təhsilalan və Təhsilverənin Münasibətləri, İnzibati Məşvərət, Akademik Məsləhət, İnfrastruktur İşləri, PR və Marketinq şuraları daxildir. Şuralar birbaşa rektorla bağlı olacaq.

C.Cəfərov qeyd edib ki, ADPU-nun fəaliyyətinin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılması və ADPU-nun idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulmasına ehtiyac var. ADPU-da yeni idarəetmə modelinin qurulması, universitetdə rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən yeni standartların tətbiqi, pedaqoji kadr hazırlığı üzrə müasir tədris planlarının hazırlanması, beynəlmiləşmə, 2-3 dildə tədris, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin və keyfiyyətin monitorinqi və qiymətləndirmə mexanizmlərinin, əməkdaşların maddi motivasiyasının yaxşılaşdırılması məqsədilə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması həyata keçiriləcək tədbirlər sırasındadır. Bundan əlavə, ali məktəbdə akademik saatı və saatlararası fasilənin vaxtı dəyişilib. Təcrübədə məlum olub ki, dərslərin 5 dəqiqə fasilə ilə 45 dəqiqə təşkil edilməsi tədris prosesində öyrənmə və öyrətmə prosesinin davamlılığına zərər vurur, bir çox hallarda isə tələbələrin dərsdən yayınmalarına şərait yaradaraq tədris prosesinin düzgün təşkilini çətinləşdirir. Bunu nəzərə alaraq akademik saatların birləşdirilərək auditoriya dərsləri 80 dəqiqə və dərslər arasındakı fasilə 10 dəqiqə təşkil ediləcək.

12 illik ümumi təhsilə keçidlə və tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi ilə əlaqədar olaraq ADPU-da kadr hazırlığı həyata keçirilən ixtisasların ekspertizası və gələcəkdəki ehtiyaclar nəzərə alınaraq prioritet sahələr üzrə kadr hazırlığını təmin edəcək müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR