Rusiya Türkiyəyə çarter reyslərinə qoyulan qadağanı götürüb

Rusiya Türkiyəyə çarter reyslərinə qoyulan qadağanı götürüb
# 28 avqust 2016 14:13 (UTC +04:00)

Bakı-APA. Rusiyanın baş naziri Dmitrii Medvedev Rusiya və Türkiyə arasında çarter reyslərinə qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sənəd Rusiya hökumətinin saytında yerləşdirilib.

Rusiya aviaşirkətləri artıq Türkiyəyə çarter reyslərinin həyata keçirilməsi üçün Rusiya Nəqliyyat Nazirliyinə müraciət etməyə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR