Sabiq polis rəisinə qarşı 200 min manatlıq dələduzluq edən qadın apellyasiya şikayəti verib

Sabiq polis rəisinə qarşı 200 min manatlıq dələduzluq edən qadın apellyasiya şikayəti verib
# 08 oktyabr 2016 07:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşova barəsində hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, şikayət üzrə ilkin baxış iclası oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A. Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.

Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə onun 200 min manatını alaraq dələduzluq edib.

A. Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR