Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
# 05 avqust 2016 14:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Furio de Angelisi qəbul edib.

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olub. Görüşdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo yolverilməzdir.

Furio de Angelis deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, ölkəniz onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. BMT QAK aprel hadisələrinə görə öz narahatlığını bildirib və Azərbaycan hökumətinin hazırda həmin ərazilərdə apardığı bərpa işlərini yüksək qiymətləndirib. O qeyd edib ki, yaxın günlərdə bölgələrə səfər edəcək, eyni zamanda aprel hadisələrindən sonra təşkilat tərəfindən köməklik göstərilmiş yerlərdə də olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR