Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 27 sentyabr 2016 11:58 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinə Bundestaqın deputatı Aleksandr Ulrix rəhbərlik edəcək. Səfərin məqsədi Bundestaqın Beynəlxalq Parlament təqaüdü proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Səfər müddətində qonaqlar Bakıda bir sıra görüşlər keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR