Daha bir boksçumuz Rioda Azərbaycan yığmasının şərəfini qoruyacaq

Daha bir boksçumuz Rioda Azərbaycan yığmasının şərəfini qoruyacaq
# 15 aprel 2016 16:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığması Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində ardıcıl üçüncü lisenziyasını qazanıb. Apasport.az saytının məlumatına görə, Yana Alekseyevna (60 kq) və Cavid Çələbiyevin (56 kq) ardınca Lorenzo Sotomayor da Rioya vəsiqəyə sahib olub.

64 kq çəki dərəcəsində gücünü yoxlayan milliləşdirilmiş legionerimiz yarımfinalda türkiyəli Batuhan Gözgeci məğlub etməklə (2:1), finala vəsiqə qazanıb. Bu isə həlledici görüşün nəticəsindən asılı olmayaraq, onun Braziliyaya yollanmaq yolunda “yaşıl işıq” yandırıb.

Final döyüşləri sabah keçiriləcək.

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 37-ci, Rioya yollanacaq idmançılarımızın sayı 38-ci çatıb.

Sotomayordan öncə Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR