Şəkidə çaydan əl qumbarası tapılıb

Şəkidə çaydan əl qumbarası tapılıb
# 24 fevral 2016 19:47 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə çaydan əl qumbarası tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 24-ü, axşam saat 17 radələrində adı açıqlanmayan vətəndaş Şəki şəhəri ərazisindən axan Qurcana çayında əl qumbarası olması barədə ərazidəki polis əməkdaşına məlumat verib.

Məlumat əsasında hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşları çaydan bir ədəd “RQD-5” əl qumbarası götürüblər.

Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları qumbaranın çayın ərazisinə hardan və kim tərəfindən atılmasını araşdırır.

Qeyd edək ki, RQD-5 qəlpələnən əl qumbarası əsasən hücum döyüşlərində tətbiq edilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR