Azərbaycanda 1 ay müddətinə əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi dayandırılıb

Azərbaycanda 1 ay müddətinə əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi dayandırılıb
# 05 aprel 2016 07:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib.

APA-Economics”in məlumatına görə, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Bununla əlaqədar qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR