Rafiq Daşdəmirli: "AXCP-də avtoritar komanda formalaşıb"

Rafiq Daşdəmirli: "AXCP-də avtoritar komanda formalaşıb"
# 19 oktyabr 2015 12:35 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP-dən istefa verməyimin səbəbi gənclərə yer verilməməsi idi. İstefamla bağlı ərizəni Əli Kərimliyə təqdim etdim və istefamın səbəblərini də açıqladım. O, çox çalışdı ki, mən getməyim. Ancaq biz bəzi məsələlərdə razılaşmadıq və mən istefa verdim”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin sabiq sədri Rafiq Daşdəmirli partiyadan istefasının səbəblərini açıqlayarkən deyib.

R. Daşdəmirlinin sözlərinə görə, hazırda AXCP-də avtoritar komanda formalaşıb, partiyada birmənalı olaraq gəncləşmə siyasətinin qarşısı alınır: “Partiyanın Suraxanı rayon şöbəsindən bir neçə gənci çıxarmışdılar. Gənclərin müdafiəsinə qalxdığıma görə mənə qarşı dözümsüzlük göstərdilər. Mən də buna etiraz olaraq partiyadan istefa verdim. Yalnız həmin komandanın üzvləri partiyada vəzifəyə gətirilir. O şəxsləri hamı tanıyır, ad çəkmək istəmirəm. Mən baş verənlərə etiraz olaraq bu addımı atdım”.

Qeyd edək ki, R. Daşdəmirli hazırda AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayevin yaratdığı eyniadlı təşkilatda sədr müavinidir. R. Nurullayev əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və partiya üzvlərini öz ətrafında birləşməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR