"Rabitəbank"ın Ağcabədi filialı başqa ünvana köçürülüb

"Rabitəbank"ın Ağcabədi filialı başqa ünvana köçürülüb
# 11 mart 2016 07:22 (UTC +04:00)

Bakı - APA-Economics. "Rabitəbank" ASC-nin Ağcabədi filialı daha rahat, geniş və müasir standartlara cavab verən ofisə köçürülüb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan "Rabitəbank" ASC 7 mart 2016-cı il tarixindən yeni üslubda və müasir avadanlıqlarla tərtib edilən Ağcabədi filialı korporativ standartlara uyğun olaraq müştərilərin istifadəsinə verilib.

Belə ki, bu gündən etibarən bankın Ağcabədi filialı müştərilərə Heydər Əliyev prospekti 29 ünvanında öz fəaliyyətini davam etdirir.

Bankın yeni ofisi, iş günləri 09:00-dan 17:00-dək, şənbə günləri isə saat 10:00-dan 14:00-dək müştərilərə xidmət göstərir.

Filial müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və plastik kartlar xidmətlərini geniş çeşiddə təklif edir.

1993-cü ildə fəaliyyətə başlayan "Rabitabank" ASC tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilib.

Fəaliyyət göstərdiyi 22 il ərzində bank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7-si Bakı şəhərində, 17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR