İmişlidə Araz çayında batan şəxsin meyiti sudan çıxarılıb

İmişlidə Araz çayında batan şəxsin meyiti sudan çıxarılıb
# 05 avqust 2016 07:32 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə Araz çayında batan 38 yaşlı kişinin meyiti sudan çıxarılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 3-də günorta saatlarında İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, Rauf Əlihüseyn oğlu Abdullayev Araz çayında boğulub. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu həmin şəxsin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR