TürkPA müşahidə missiyası Qazaxıstanda parlament seçkilərini izləyəcək

TürkPA müşahidə missiyası Qazaxıstanda parlament seçkilərini izləyəcək
# 18 mart 2016 08:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkdilli ölkələrin Parlament Assambleyasının müşahidə missiyası martın 20-də Qazaxıstan Məclisinə (aşağı palata) keçiriləcək erkən parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmək məqsədilə Astanaya səfər edib.

APA-nın TürkPA-ya istinadən verdiyi məlumata görə, missiya Azərbaycan Milli Məclisinin üzvü Nizami Cəfərov, Qırğızıstan parlamentinin üzvü Abilkair Uzakbayev, Türkiyə Böyük Millət Məclisinin üzvü, TürkPA Hüquqi məsələlər və beynəlxalq əlaqələr Komissiyasının sədri Haluk İpək və Türkiyə Böyük Millət Məclisinin üzvü Erkan Aydından ibarətdir.

18 mart tarixində nümayəndə heyətinin Astanada bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub. Nümayəndə heyəti Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri K. Turqankulov, Qazaxıstan Senatının sədr müavini A. Beysenbayevlə danışıqlar aparacaq, eləcə də Nur Otan və digər siyasi partiyaların qərargahlarını ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR