ABŞ-da qar çovğunu nəticəsində ölənlərin sayı 48-ə çatıb

ABŞ-da qar çovğunu nəticəsində ölənlərin sayı 48-ə çatıb
# 27 yanvar 2016 02:54 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın şərq və mərkəzi ştatlarında son günlər tüğyan edən güclü qar çovğunu nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bundan əvvəl təbii fəlakət nəticəsində 44 nəfərin öldüyü bildirilirdi.

ABC telekanalının məlumatına görə, ölüm hallarının əsas səbəbləri yol qəzaları, dəm qazı və qarın təmizlənməsi zamanı həddindən artıq fiziki yüklənmədir. Ən çox ölüm faktı Virciniya (12 nəfər) və Pensilvaniya ştatında (8 nəfər) qeydə alınıb.

“Moody's” analitik mərkəzinin ekspertləri qar çovğununun yerli əhaliyə və biznes sahəsində ümumilikdə 2,5 mlrd – 3 mlrd dollar məbləğində ziyan vurduğunu hesablayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR