İsmayıllıda çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb

İsmayıllıda çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat ayrılıb
# 11 avqust 2016 16:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, İsmayıllı şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR