“Ferrari”nin gəlirləri kəskin azalıb

“Ferrari”nin gəlirləri kəskin azalıb
# 03 fevral 2016 06:02 (UTC +04:00)

Bakı - APA-Economics. Ötən ilin IV rübündə “Ferrari” (Fiat Chrysler Automobiles NV nəzdində fəaliyyət göstərir) şirkətinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 44% azalaraq 55 milyon avro təşkil edib.

"APA-Economics" xarici mediaya istinadən xəbər verir ki, ümumilikdə, ötən ilin maliyyə nəticələri şirkətin tarixində ən yaxşı olub: idman avtomobillərinin istehsalçısı bazara 7 min 664 ədəd məhsul çıxarıb, xalis mənfəəti isə 9% artaraq 290 mln. avro təşkil edib. Şirkət cari ildə satışların 1,6% artacağını gözləyir.

Qeyd edək ki, hazırda “Ferrari” şirkətinin ümumi dəyəri 9,8 mlrd. dollar səviyyəsində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR