“Texnikabank”ın əmanətçilərinə 33 milyon manatdan çox kompensasiya ödənilib

“Texnikabank”ın əmanətçilərinə 33 milyon manatdan çox kompensasiya ödənilib
# 23 fevral 2016 15:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 33 mln. 600 min manatdan artıq kompensasiya ödənilib.

Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR