Bakıda mənzilə basqın edib sahibinə xəsarət yetirən şəxs saxlanılıb

Bakıda mənzilə basqın edib sahibinə xəsarət yetirən şəxs saxlanılıb
# 23 avqust 2016 09:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzilə basqın edib sahibinə xəsarət yetirən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini Elnur Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Səyyaf Həsənov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR