Bakıda mağaza yanıb

Bakıda mağaza yanıb
# 11 sentyabr 2016 07:43 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus mağaza yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 40 m2 olan birmərtəbəli mağazanın zirzəmisinə yığılmış ərzaq malları 20 m2 sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR