Xüsusi tə­yi­nat­lı təhsil müəssisələrdə saathesabı məşğələ keçənlərə ödəniləcək məbləğ təsdiqlənib

Xüsusi tə­yi­nat­lı təhsil müəssisələrdə saathesabı məşğələ keçənlərə ödəniləcək məbləğ təsdiqlənib
# 29 aprel 2016 17:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saat hesabı ödənilməsi məbləğləri haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən xüsusi tə­yi­nat­lı (hərbi, milli təh­lü­kə­siz­lik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri müəyyənləşdirilib.

Bu kateqoriyaya tədris məşğələlərinin aparılmasına cəlb edilən professor, elmlər doktoruna saathesabı 5,20 manat, dosent, fəlsəfə doktoruna 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,55 manat ödəniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR