Bakıda iki mənzildə yanğın olub

Bakıda iki mənzildə yanğın olub
# 04 yanvar 2016 18:58 (UTC +04:00)

Bakı-APA. Bakıda iki yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında taxtadan ibarət divar şkafında geyim əşyaları 3 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Paytaxtın Nizami rayonunda isə çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 146 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə və eyvanında taxta konstruksiyadan ibarət şkaf 4 kv.m sahədə yanıb. Yüksək temperaturdan elektrik qızdırıcısı, plastik qapı və pəncərə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR