Pentaqon İŞİD liderlərindən olan Əbu Omar aş-Şişaninin öldürüldüyünü təsdiqləyib

Pentaqon İŞİD liderlərindən olan Əbu Omar aş-Şişaninin öldürüldüyünü təsdiqləyib
# 09 mart 2016 06:55 (UTC +04:00)

Bakı-Məlahət Nəcəfova - APA. ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirib.

APA-nın “vesti.ru”ya istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.

Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR