Qobustanda “VAZ" xəndəyə aşıb, sürücü ölüb

Qobustanda “VAZ" xəndəyə aşıb, sürücü ölüb
# 02 sentyabr 2016 01:01 (UTC +04:00)

Bakı-APA. Qobustan rayonu, Bakı-Şamaxı yolunun 100-cü kilometrliyində “VAZ" markalı minik avtomobili yolun kənarında qazılmış xəndəyə aşıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR