"NordStar" Krasnoyarsk-Bakı aviareysini bərpa edib

"NordStar" Krasnoyarsk-Bakı aviareysini bərpa edib
# 06 iyun 2016 08:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. May ayının sonundan "NordStar" aviaşirkəti Krasnoyarsk-Bakı aviareysini bərpa edib.


"APA-Economics" xəbər verir ki, marşrut üzrə uçuşlar hər həftənin bazar ertəsi həyata keçiriləcək.

Uçuşlar "NordStar" və "Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında əldə olunmuş "kod-şerinq" razılaşması əsasında baş tutacaq.

Şirkətdən bildirilib ki, Krasnoyarskdan Bakıya həyata keçirilən ilk reysə olduqca böyük maraq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR