Tovuz sakini pomidor turşusundan zəhərlənib

Tovuz sakini pomidor turşusundan zəhərlənib
# 10 fevral 2016 20:49 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Düz Qırıqlı kənd sakini, 1991-ci il təvəllüdlü Kaloğlanova Billurə Akif qızı zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal tibbi yardım göstərilsə də B. Kaloğlanovanın vəziyyəti ağır olaraq qalır. Məlumata görə qadın 3 gün əvvəl pomidor turşusu yeyib və bu gün özünü pis hiss etdiyinə görə xəstəxanaya gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR