"Unibank Biznes Mərkəzi"nin kredit portfeli 60 mln. manata çatıb

"Unibank Biznes Mərkəzi"nin kredit portfeli 60 mln. manata çatıb
# 16 fevral 2016 07:36 (UTC +04:00)

Bakı. APA-Economics. “Unibank”ın biznes sahiblərinə xidmət göstərən ən böyük biznes filialının “Unibank Biznes Mərkəzi”nin 1 yaşı olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ölkə bank filialları içərisində fərqli və özünəməxsus konsepsiya əsasında fəaliyyət göstərən “Unibank Biznes Mərkəzi”, 1 il ərzində minlərlə müştəriyə bank xidməti göstərib. Bir il ərzində “Unibank Biznes Mərkəzi”nin müştərilərinin sayı 4 dəfəyə yaxın artıb, kredit portfeli 60 mln. manata çatıb. Bu müddət ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Dünya Bankı ilə böyük biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində uğurlu əməkdaşlıq həyata keçirilib. “Unibank Biznes Mərkəzi” tərəfindən geniş çeşidli bank xidmətləri, innovativ bank məhsulları və müştərilərə individual yanaşma tətbiq olunub.

Filial korporativ müştərilərə hüquqi dəstəklə yanaşı, konsultasiya, layihələrin maliyyə ekspertizası xidmətləri də göstərir. Ötən 1 il ərzində “Unibank Biznes Mərkəzi”nin verdiyi ən kiçik kreditin həcmi 15 min manat, ən böyük kreditin məbləği isə – 4,5 mln. ABŞ dolları olub.

“Unibank- Biznes Mərkəzi” kiçik və orta, həmçinin iri biznes sahibləri üçün bank xidmətləri təklif edir. Real sektora diqqətini günü-gündən artıran “Unibank”, ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filiallar açıb. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar “Unibank biznes mərkəzi” ilə yanaşı bankın “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR