Xaçmazda iş adamının qətlində şübhəli bilinən şəxs saxlanılıb

Xaçmazda iş adamının qətlində şübhəli bilinən şəxs saxlanılıb
# 07 iyul 2016 11:53 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda iş adamı, 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən bir nəfər saxlanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Ağyazı Buduq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Qalib Nəcməddin oğlu hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Bu gün prokurorluq əməkdaşlarının iştirakı onun hadisə yerində ifadəsi alınıb.

Qeyd edək ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu iyun ayının 16-da yaşadığı evdə qətlə yetirilib. İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR