Moskva MQ həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir

Moskva MQ həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir
# 06 aprel 2016 00:49 (UTC +04:00)

Bakı-APA. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlük” formatının dəyişilməsinin əleyhinədir və onların rolunu pozmaq cəhdlərinin səmərəsiz olduğunu hesab edir. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“ATƏT və BMT TŞ-nin qərarlarında təsdiqini tapmış Üçlük formatı ən təsirlisidir və korrektəyə ehtiyacı yoxdur. Hesab edirəm ki, mürəkkəb nizamlanma proseslərini daha da çətinləşdirəcək bu cəhdlər tamamilə səmərəsizdir”, - deyə diplomat bildirib.

“Əminik ki, kompromisli qərarın irəliləməsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin köməyinə gərək var. Vasitəçi səylərin səmərəliliyi isə, hər şeydən əvvəl, münaqişə tərəflərinin özlərindən, masa arxasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün onlarda siyasi iradənin olmasından asılıdır”, - deyə Lukaşeviç bildirib.

O, əlavə edib ki, gücdən istifadə sülh dialoquna istənilən halda alternativ ola bilməz.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR