PKK terrorçularına qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub, altısı yaralanıb

PKK terrorçularına qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub, altısı yaralanıb
# 17 oktyabr 2015 16:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində PKK terrorçularına qarşı aparılan əməliyyatda Türkiyə Silahlı Qüvələrinin üç əsgəri şəhid olub, altı əsgər yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib ki, bölgədə əməliyyat tədbirləri davam edir, indiyədək 17 terrorçu zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR