Milli Məclisdə xarici ölkələrlə imzalanan sənədlər təsdiq olunub

Milli Məclisdə xarici ölkələrlə imzalanan sənədlər təsdiq olunub
# 20 oktyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında bir sıra ölkələrlə imzalanan sənədlər təsdiq olunub.

APA-nın məlumatına görə, bunlar "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı tələblərinin həyata keçirilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti ilə San Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə San Marino Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Konvensiyadır.

Sənədlər səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR