Kaxa Kaladze: "Azərbaycan bizim strateji tərəfdaşımızdır"

Kaxa Kaladze: "Azərbaycan bizim strateji tərəfdaşımızdır"
# 12 oktyabr 2015 19:41 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib. O, son vaxtlar Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlara münasibət bildirib: " Biz əvvəllər də "Qazprom"un Gürcüstan ərazisindən Ermənistana keçən qaz boru kəmərindən təbii qaz almışıq və indi bu qazı kommersiya obyektlərinə verəcəyimiz barədə razılıq əldə edilib", Kaladze vurğulayıb.

Jurnalistlər K.Kaladzedən Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri zamanı baş nazirin müavini kimi onunla birlikdə səfərdə nə üçün olmadığını və ola bilər ki, "SOCAR" qaz idxalı məsələsində daha yaxşı imkan təklif etdiyini soruşublar. K. Kaladze açıqlamasında qeyd edib ki, əgər daha yüksək şərait olarsa, bu hamı üçün sərfəli ola bilər. "Rəqabət haqqında danışmaq mənim üçün düzgün deyil, çünki Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bu hamıya məlumdur. Burada söhbət kommersiya qazından gedir. Məlum olduğu kimi, kommersiya bazarı tənzimlənib və hər hansı bir şirkət Azərbaycana, Rusiyaya, İrana, Türkiyəyə, Ermənistana gedə bilər və uyğun qiymətlə təbii qaz idxal edə bilər. Buna heç bir məhdudiyyət qoyulmur və qoyulmayacaq," Kaladze bildirib.

Gürcüstanın energetika nazirinin sözlərinə görə, "Qazprom"un təbii qazının qiymətinin neçə olacağı ona məlum deyil. Kaxa Kaladze qiymətlərin 190 dollar olduğunu və 315 dollaradək yüksəldiyini bildirib: "Bu gün Avropada qiymət 350 dollardır və hesab edirəm ki, bu çox bahadır. Əgər, "Qazprom"un satdığı qaz sərfəli olarsa, fikirləşirəm ki, bu qiymət kommersiya obyektləri üçün maraqlı olacaq," Kaladze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR