Türkiyənin səhiyyə naziri: ABŞ Güləni Türkiyəyə təhvil verəcəyi yönündə işarələr verir

Türkiyənin səhiyyə naziri: ABŞ Güləni Türkiyəyə təhvil verəcəyi yönündə işarələr verir
# 14 avqust 2016 16:35 (UTC +04:00)

Bakı-APA. Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ ABŞ-ın Fətuhhalhçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Güləni təhvil vermək niyyətində olduğunu düşündüyünü bildirib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, səhiyyə naziri Recep Akdağ deyib ki, “ABŞ topu bir az meydanın ortasında oynatsa da, artıq indi işarələr Fətullah Güləni Türkiyəyə təhvil verəcəkləri yönündədir”.

R. Akdağ rasional düşüncənin bu addımın atılmasını tələb etdiyini vurğulayıb: “Müvafiq sənədləri ABŞ-a təqdim etmişik. Artıq məsələni gecikdirməmələri və Fətullah Güləni cəzasını çəkməsi üçün Türkiyəyə təhvil vermələri gərəkdir. Bunu istəmək bizim, hərbi çevriliş cəhdi ilə bağlı 240 şəhidin haqqıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR