Cənubi Sinayın qubernatoru Azərbaycana gələcək

Cənubi Sinayın qubernatoru Azərbaycana gələcək
# 20 aprel 2016 12:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda mayın 15-də Azərbaycana səfər edəcək.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, X. Fuda geniş nümayəndə heyəti ilə birlikdə gələcək. Nümayəndə heyətinin tərkibinə Qırmızı dəniz əyalətinin qubernatoru, Misir Turizm Assosiasiyasının rəhbəri və turizm şirkətlərinin nümayəndələri daxil olacaq.

Səfərdə əsas məqsəd Bakı və Şarm əl Şeyx arasında birbaşa aviareysin açılması ilə bağlı müzakirələr aparmaq, iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, Misir və Azərbaycan turizm şirkətləri arasında müqavilələr imzalanmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR