Sabah Bakıda 40, rayonlarda 43 dərəcə isti olacaq, uzun müddət açıq havada qalmaq məsləhət görülmür

Sabah Bakıda 40, rayonlarda 43 dərəcə isti olacaq, uzun müddət açıq havada qalmaq məsləhət görülmür
# 12 avqust 2016 10:35 (UTC +04:00)

Bakı - APA. Bakı və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti günəşli olacaq, şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə yarımadada 23-27, gündüz 34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26i, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 25-35% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur diskomfort şərait əksər əhali üçün əlverişsizdir.

Uzun müddət açıq havada olmaq məsləhət deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR