Abşeron rayonunun qaz təchizatı məhdudlaşdırılır

Abşeron rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 07 oktyabr 2016 07:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, aparılan abadlıq işləri ilə bağlı,qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi eləcədə qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar, oktyabrın 07-də saat 09:00-dan 18:00-dək Abşeron rayonunun Xırdalan şəhəri və Güzdək, Qobu qəsəbələrinin həmçinin Hökməli, Nübar, Atyalı, Quşçuluq adlanan ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonunun Şüvəlan və Binəqədi rayonunun Binəqədi, Rəsulzadə qəsəbələri ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR