Sabah şimşək çaxacaq, yağış, sulu qar yağacaq

Sabah şimşək çaxacaq, yağış, sulu qar yağacaq
# 21 aprel 2016 10:26 (UTC +04:00)

Bakı-APA. Bakı və Abşeron yarımadasında aprelin 22 hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal–qərb küləyi axşam mülayimləşəcək. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11 gündüz 15 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu 768 civə sütununa yüksələcək , nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 22-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR