Mübariz Qurbanlı: “İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək”

Mübariz Qurbanlı: “İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək”
# 17 dekabr 2015 12:43 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “ABŞ Konqresinə təqdim edilən layihədə guya Azərbaycanda avdventistlər, baptistlər, protestantlar, Yeqova şahidləri və digərlərinin hüquqlarının pozulduğu iddia olunur. Bu, tamamilə yalandır, layihə qərəzlidir”.

APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, məqsəd Azərbaycana təsir göstərməkdir: “Bu, alınmayacaq. Bu məsələdə erməni lobbisinin də barmağı var. Layihədə qeyd olunan dini icmalar Azərbaycanda qeydiyyatdan keçib, təkrar qeydiyyatdan keçməsələr də, fəaliyyətlərinə heç bir maneə yoxdur, yenə fəaliyyət göstərirlər. Hətta onlara dini icmalara ayrılan vəsaitdən də yardım ayrılıb. İnanırıq ki, ABŞ hökuməti və Konqres bu layihəni müdafiə etməyəcək. Belə hallar ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR