Bu gün Küveytdə Yəmən üzrə sülh danışıqları başlayır

Bu gün Küveytdə Yəmən üzrə sülh danışıqları başlayır
# 21 aprel 2016 05:04 (UTC +04:00)

Bakı-APA. Aprelin 21-də Küveytin paytaxtında Yəmən üzrə sülh danışıqları başlayır.

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.

Onun sözlərinə görə, üsyançı husilər və onların müttəfiqləri artıq paytaxt Sənadan Küveytə yollanıblar. Danışıqların məqsədi Yəməndə sülhə nail olmaqdır.

Yəmən üzrə sülh danışıqları aprelin 18-də başlamalı idi. Lakin aprelin 10-dan BMT-nin vasitəçiliyi ilə ölkədə qüvvəyə minən atəşkəs rejimi dəfələrlə pozulub. Bu səbəbdən danışıqlar bir neçə dəfə təxirə salınıb.

Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR