Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa edilib

Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa edilib
# 22 dekabr 2015 15:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Quba - Xınalıq yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli “APA-Economics”ə verdiyi məlumata görə, bu gün Qubada havanın temperaturunun digər günlərə nisbətən qəfil yüksəlməsi Xınalıq yolunda dağın ətəklərinə bir-neçə gün bundan öncə yağan güclü qar nəticəsində toplanmış qar kütləsi əriyərək yola doğru hərəkət edib: “Nəticədə qar uçqunu yolun bağlanmasına səbəb oliub. Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib”.

O bildirib ki, ümumilikdə sözügedən ərazilərdə 6 yerdə qar uçqunu qeydə alınıb: “Yolda hərəkətin bərpası üçün dərhal əraziyə “Azəryolservis”in Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikaları cəlb edilib. Texnikaların çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib”.

“Azəryolservis” sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı olmalarını xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmalarını tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR