Bakıda 39 yaşlı qadının qətli ilə bağlı rəsmi məlumat yayılıb

Bakıda 39 yaşlı qadının qətli ilə bağlı rəsmi məlumat yayılıb
# 11 fevral 2016 14:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu paytaxtda 39 yaşlı qadının qətli ilə bağlı birgə məlumat yayıb.

Şəhər Prokurorluğundan APA-ya verilən məlumatda qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən daha bir qətlin üstü “isti izlər”lə açılıb. Belə ki, fevralın 10-da saat 22 radələrində 1977-ci il təvəllüdlü Sədaqət Əsgərovanın Binəqədi rayonu ərazisində mənzildə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1994-cü il təvəllüdlü Fərahim Qədirov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR