Rusiya və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
# 10 sentyabr 2016 03:48 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 9-da Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, nazirlər Suriyada münaqişənin nizamlanması problemi ətrafında fikir mübadiləsi aparıb.

“Çavuşoğlu Qurban bayramınadək Suriya atəşkəs rejiminə nail olunmasına ümid etdiyini bildirib”, məlumatda qeyd olunur.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin normallaşması prosesi çərçivəsində keçiriləcək görüşlərin qrafikini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR