Oktyabrda Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi artıb

Oktyabrda Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi artıb
# 05 dekabr 2015 10:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin noyabr ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 83,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,46% və ya 1,2 mln. manat çoxdur.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, sentyabr ayı ilə müqayisədə oktyabrda Fondun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 6 mln. manat və ya 7,77% artıb.

Oktyabr ayında dövlət büdcəsindən AİF-ə 4,3 mln. manat həcmində vəsait ayrılıb.

Bu ilin yanvar-oktyabr aylarında AİF 89,9 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Oktyabrda fondun 5 mln. manat həcmində istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu il noyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 783,2 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,71%, aylıq ödəniş isə 297,1 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 049,2 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,7 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR