Akademik Milli Dram Teatrı “Anamın kitabı” tamaşası ilə Şamaxıda çıxış edib

Akademik Milli Dram Teatrı “Anamın kitabı” tamaşası ilə Şamaxıda çıxış edib
# 10 mart 2016 15:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Akademik Milli Dram Teatrının kollektivi Şamaxıda “Anamın kitabı” tamaşası ilə çıxış edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayiş olunan səhnə əsəri rayon rəhbərliyi və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

"Anamın kitabı" tamaşasının quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada rolları əməkdar artistlər İradə Həsənova (Zəhra bəyim), Sevinc Əliyeva (Zivər xanım), Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar), Elnar Qarayev (Qənbər), Rövşən (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor) ifa edirlər.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. "Anamın kitabı" tamaşası yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR